Hərbi təyyarə qəzaya uğradı

22 İyun 2012 12:38 (UTC+04:00)

Movqe.Az bildirir ki, İndoneziya Hava qüvvələrinə aid bir təyyarə paytaxt Cakartanın şərqində yerə düşüb. "Fokker 27" turbo motorlu təyyarənin "Halım Perdanakusuma" hava limanı yaxınlığındakı bir küçəyə düşməsi nəticəsində 8 ev yanaraq külə dönüb. Ordu spikeri Tuğamiral İskəndər Sitompul, 6 nəfərin öldüyünü, 7 adamın da yaralandığını bildirib.