“Pomidor xristianlarındır, yeyilməsi haramdır”

22 İyun 2012 12:46 (UTC+04:00)

Movqe.Az bildirir ki, Misirdə radikal İslamçı fikirləriylə tanınan Sələfilərdən bir qrup pomidorun xristianlara məxsus olduğunu və müsəlmanlar üçün haram olduğunu iddia ediblər. "Now Lebanon" saytının xəbərinə görə, Misir Xalq İslam Birliyi olaraq tanınan qrupun "Facebook" səhifəsində yerləşdirilən bir fotoşəkildə pomidorun xristianlara məxsus tərəvəz olduğu, bunun ən böyük dəlilinin də üfüqi kəsilən pomidorun içində görülən xaça bənzər şəkil olduğu bildirilib. Fotoşəkilin altındakı şərhlərdə, "Pomidor yemək haramdır, çünki pomidor Xristiandır. Pomidor Allah yerinə xaça həmd edər və Allahın bir deyil üç olduğunu ifadə edər. Allah bizə kömək olsun. Fələstində yaşayan bir bacımıza Allahın peyğəmbəri Hz.Məhəmməd görünüb. Hz.Məhəmməd ağlayırmış və ümmətini pomidor yeməmələri lazım olduğu mövzusunda xəbərdar edirmiş. Əgər bu mesajı yaymasanız bilin ki sizi dayandıran şeytandır" sözləri deyilib. Sosial mediada sürətlə yayılan fotoşəkilin altına 2 min 800-dən çox şərh yazıldıqdan sonra qrupun adminləri geri addım ataraq, "Biz sizə pomidor yeməyin demədik. Pomidoru içində xaç görüləcək şəkildə kəsməyin dedik" şəklində daha bir mesaj yazıblar.