Ət yemək kişilik əlamətidir?

22 İyun 2012 12:57 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da aparalan araşdırmalar kişilərin nəyə görə vegeteriyan bəslənməmələrinin səbəbini təyin edib. Tədqiqatlar müəyyən edib ki, kişilər ətlə qidalandıqda özlərini cinsi baxımdan daha gümrah hiss edirlər. Kişi iştirakçılardan ət və süd kimi məhsulların onlara hansı sözləri xatırlatdığı soruşulub. Kişilərin əksəriyyəti ət və kişilik anlayışları arasında möhkəm əlaqənin olduğunu, ət yeyən kişilərin vegeteriyan qidalanan kişilərə nisbətən cinsi baxımdan daha güclü olduğunu söyləyiblər. Araşdırmadan əldə edilən nəticələr sayəsində istehlakçı davranışlarını formalaşdırmaq istəyən marketinq mütəxəssislərinə "ət və kişilikik" və ya "tərəvəz və daha az kişilik əlamətləri" kimi söz birləşmələrini nəzərlərində saxlamaları təklif edilib.