İnternetsiz bir həyat necə olardı?

22 İyun 2012 13:38 (UTC+04:00)

Movqe.Az bildirir ki, İnternetdən əvvəlki dünyanı heç görməyən bir nəsil yetişmək üzrədir. Təsəvvür edilməsi çətin bir vəziyyət olsa da, bəzən insan internet olmasaydı dünyanın necə olacağını düşünür. Bu suala "Online Education"nın rəqəmlərlə verdiyi cavablar isə "internetsiz bir dünya"nın necə qorxunc bir yer olacağını insanlara göstərir. Əgər internet olmasaydı, "iPad"in yerinə 1200 dollar verib "Britannica" ensiklopediyası alacaqdız. "Tweet" atmaq yerinə pul verib poçtla məktub göndərəcəkdiz. "Online Education" firması internetsiz bir dünyanı qrafiklərə yerləşdirərək təəccüblü nəticələriylə internetli və internetsiz dünyanı müqayisə edib. 2.3 milyard insan internetdən istifadə edir. İnternet dünyanın hər hansı bir yerindəki hər hansı bir adamla ünsiyyət qurmaq imkanı təqdim edir. İnternet bizə sonsuz məlumata çatma imkanı təqdim edir. Yalnız 2011-ci ildə 300 milyon yeni internet səhifəsi açılıb. Yaxşı bəs internet olmasaydı nə edəcəkdik?! Həyatımızda nə "Google", nə "Facebook", nə də "Twitter" olacaqdı. Belə ki, təkcə ABŞ-da internetlə əlaqədar işlərdə işləyən 450 min adam işsiz qalacaqdı. Bəlkə də əhəmiyyətli yaşadığımız bu günkü dünyadan tamamilə fərqli bir dünyada yaşayacaqdıq. İnternetsiz pişik videoları belə izləyə bilməyəcəkdik...Hər gün insanların 65 faizi onlayn xəbərlər izləyir. 1 dəqiqədə 100 min "tweet" atılır. Bir ayda "Facebook"da 30 milyard məzmun paylaşılır. İctimai şəbəkələrin köməyi ilə yalnız 18 gündə 30 illik bir diktatorluq devrilib. ABŞ-da 900 ayrı yerdə nümayişçilər ictimai şəbəkələr vasitəsiləxəbərləşərək toplanıbhökumə pis iqtisadiyyataqarşı etiraz edib. Bütün bu yaşananlar internetsiz dünyanın bu günkü həyatımızdan fərqli olacağını, ancaq qətiliklə bu gündən daha yaxşı bir dünya olmayacağını göstərir.