Bakıdakı “Şanxay” söküləcək

18 Aprel 2014 20:00 (UTC+04:00)
"Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və "Şanxay" adı ilə tanınan qanunsuz tikililər söküləcək".  Bu barədə Modern.az saytına  "Azəryolservis" ASC- nin sədri, millət vəkili Cavid Qurbanov məlumat verib. O, bildirib ki, gələcəkdə həmin ərazinin sökülməsi planda var.  "Bildiyimə görə, orada park salınacaq və gözəl yollar tikiləcək"-deyə millət vəkili bildirib. Qeyd edək ki, Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki "Şanxay" adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. "Şanxay" da mühafizə və sanitar zolağa düşən ərazidir.