Mersedes əvəzinə dəvə

22 İyun 2012 13:43 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin Varvikşire əyalətində yaşayan Fosset ailəsi avtomobillərini satıb əvəzinə dəvə aldılar. Əyalət daxilində və xaricində səfər etmək üçün dəvələrə üstünlük verən cütlük uşaqlarını məktəbdən götürməyə gedəndə də dəvələrdən istifadə edir. Cozef Fosset gəncliyində sirkdə çalışdığını və o gündən bəri dəvələrlə yaxın əlaqə qura bildiyini söyləyib. O: "'Evimizdə bəslədiyimiz çox heyvanımız var, amma dəvələrin yeri ayrıdı. Kənddəki barın qarşısında itlər girə bilər lövhəsinə indi dəvələr sözü də əlavə olunub" deyib.