Polşanın “Euro info” jurnalında “Azərbaycan” sərlövhəli məqalə nəşr olunub
19 Aprel 2014 10:35 (UTC+04:00)
Polşada böyük tirajla çap edilən "Euro info"
jurnalında "Azərbaycan" sərlövhəsində məqalə nəşr
olunub.
Movqe.az Azertac-a istinadən xəbər verir ki ,
jurnalist Bartoş Mendıkın məqaləsində Azərbaycanda alternativ
enerji mənbələrindən istifadə ilə bağlı görülən işlər, kənd
təsərrüfatı sektorunda həyata keçirilən islahatlar, fermer
təsərrüfatları üçün yaradılmış şərait və bu sahəyə xarici
investorların cəlb olunması haqqında geniş məlumat verilib. Yazıda
kənd təsərrüfatının ölkə iqtisadiyyatının önəmli sahələrindən biri
olduğu vurğulanıb.
Azərbaycanın turizm potensialından bəhs edən
müəllif ölkədə bütün fəsillər üzrə turizm mərkəzlərinin olduğunu,
həmin mərkəzlərdə beynəlxalq standartlara uyğun şəraitin
yaradıldığını, o cümlədən müasir mehmanxanaların inşa edildiyini,
turizm marşrutlarının salındığını oxucuların diqqətinə
çatıb.
Məqalədə Azərbaycan iqtisadiyyatının digər
sahələrinin inkişafı ilə bağlı məlumatlar da yer almışdır.