Azərbaycan ilə Türkmənistan əməkdaşlıq əlaqələri müzakirə edilib
19 Aprel 2014 12:00 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) prezidenti Rövnəq Abdullayev Aşqabadda Türkmənistan
prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Movqe.az Azertac-a istinadən xəbər verir ki ,
görüş zamanı R. Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin
salamlarını Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova
çatdırıb. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham
Əliyevə səmimi salamlarına görə təşəkkür edib, iki ölkə arasındakı
dostluq və qardaşlıq münasibətlərinin daimi olacağını
bilirib.
Görüşdə iki ölkə arasında neft-qaz sahəsində
əməkdaşlığın perspektivləri müzakirə edilib.
Türkmənistana səfəri cərcivəsində ARDNŞ-nin
prezidenti bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə də
görüşüb. Görüş konstruktiv və işgüzar şəraitdə keçirilib,
ikitərəfli münasibətlərin gələcək inkişafı, neft-qaz sahəsində
əməkdaşlıq, Türkmənistan ilə Azərbaycanın siyasi və iqtisadi
münasibətlərinin möhkəmlənməsi məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri
Vəhdət Sultanzadə iştirak edib