Markesin külü harada saxlanılacaq?
19 Aprel 2014 15:00 (UTC+04:00)
Dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin
dəfn olunacağı yeri ailəsi seçəcək. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki, bu barədə Kolumbiyanın Meksikadakı səfiri Xose
Qabriel Ortis məlumat verib.
"Əlbətdə ki, küllərin bir hissəsi Meksikada
saxlanılacaq. Digər hissənin isə düşünürəm ki, Kolumbiyaya
göndərilməsi mümkündür". Səfin bununla belə son qərar mərhumun
ailəsindən asılı olduğunu qeyd edib.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı,
kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markes iki gün öncə vəfat
edib. 87 yaşlı yazıçı Mexikodakı evində dünyasını
dəyişib.
O, XX əsrin ən böyük yazıçılarından sayılan
Markesin "Yüz ilin tənhalığı", "Patriarxın payızı", "Polkovnikə
məktub yoxdur" və d. əsərləri dünyanın bir çox dillərinə, o
cümlədən bizim dilimizə tərcümə edilib.
Yazıçının cəsədi yandırılacaq.