Təyyarənin gövdəsi əyildi

22 İyun 2012 14:45 (UTC+04:00)

Movqe.Az bildirir ki, İçərisində hardasa 200 sərnişin olan reaktiv təyyarə yerə çox sürətlə yaxınlaşdığına görə dəhşətli anlar baş verib. Yapon ANA Hava yollarına aid 193 sərnişini olan "Boeing 767" təyyarə Tokio yaxınlarındakı Narıda hava limanına enərkən gövdəsi bükülüb. Çindən qalxan təyyarə Narıdaya enərkən bölgədəki şiddətli küləyin də təsiri ilə yerə olduqca şiddətli təmas edib və buna görə də pilot "Boeing"in idarəsini çətinliklə təmin edib. Təyyarənin bu inanılmaz enişi və bütün gövdənin sarsıldığı anlar video kameralar tərəfindən təsbit edilərkən, enişdən sonra nəzarət edilən təyyarənin gövdəsinin əyildiyi məlum olub.