Əsəbiləşən ata 6 aylıq körpəsini boğdu
19 Aprel 2014 19:00 (UTC+04:00)
ABŞ-ın Florida ştatında ata körpə oğlunu
boğub.
Movqe.az ANS PRESS-ə istinadə xəbər verir ki, 24
yaşlı Kodi Viqant 6 aylıq oğlunu öldürüb. Belə ki, işdən evə gələn
Kodi Viqant yorğun halda televizora baxırmış. Bu zaman onun 6 aylıq
oğlu ağlayıb. Körpənin çığırtısı Kodi Viqanta mane olub. O, nə
qədər körpəni sakitləşdirmək istəsə də, alınmayıb.
Bu zaman Kodi Viqant əsəblərini cilovlaya bilməyib
və onu boğub. İlk öncə cinayətini gizlətmək istəsə də, onun bu
əməlinin üstü açılıb.
"İnanmaq çətindir ki, ata öz doğma körpəsini
boğa", - deyə hüquq-mühafizə orqanları bildirib.