DƏHŞƏT: Azərbaycanda sürücüyə 12 bıçaq zərbəsi vurdular
19 Aprel 2014 19:35 (UTC+04:00)
Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12
bıçaq zərbəsi vurub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Kürdəmir rayonunda Ağcabədi sakinləri arasında düşən dava
bıçaqlanma ilə nəticələnib.
Hadisə Bakı-Qazax yolunun Kürdəmirdən keçən
hissəsində, minik maşınında olub. Ağcabədi rayon sakini 26 yaşlı
Məmmədov Xəyal şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı
sərnişini 19 yaşlı Əliyev Qulu ilə arasında şəxsi münasibətlər
zəminində dava baş verib. Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla
sürücü Xəyal Məmmədova bədəninin müxtəlif nahiyələrindən 12 bıçaq
xəsarəti yetirib. Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi
Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun
vəziyyəti hazırda ağır olaraq qalır.
Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis
Şöbəsinə gətirilib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu
tərəfindən cinayət işi açılıb, araşdırma
aparılır.