Əsədə mərhəmətli təklif

22 İyun 2012 15:21 (UTC+04:00)
Movqe.az  "Guardian"a istinadən xəbər verir ki, ABŞ və İngiltərə 14 mindən çox insanın ölümü ilə nəticələnən Suriya böhranını Əsədə əhv təklifi verməklə həll etməyi düşünür. Yəmən modelində olduğu kimi iqtidardan əl çəkməsi müqabilində Əsad və yoldaşı Əsmaya toxunulmazlıq hüququ veriləcəyi iddia edilir. "Guardian" qəzeti bu dövlətlərin Əsədi BM rəhbərliyindəki bir keçiş konfransına dəvət etməyi planlaşdırdığını güman edir. İngiltərə və ABŞ G-20 zirvəsində Rusiya lideri Vladimir Putinin Əsədin iqtidarda qalması mövzusunda çox təkid etməməsi siqnalını aldıqdan sonra fəaliyyətə keçib.