Yol soruşan yapon turisti zorladılar
20 Aprel 2014 11:12 (UTC+04:00)
Türkiyədə 2 narkoman yapon turistə təcavüz
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Ankara qalasını ziyarət edən yapon turistlərdən biri gözlənilmədən
xoş olmayan halla rastlaşıb. Belə ki, 22 yaşlı xanım turist qalanın
şəkillərini çəkdikdən sonra küçənin tinində dayanan 2 narkotik
maddə istifadə edən gəncdən hansısa ünvan
soruşub.
Turistin nə dediyini anlamayan gənclər onun
arxasınca düşməyə başlayıb. Səssiz bir yerdə yapon turistə hücum
edən gənclərdən biri onun əlini bağlayıb. Əvvəlcə 16 yaşında olan
gənc, sonra isə digəri yapon turistə təcavüz edib. Zərərçəkənin
pulunun bir hissəsini də götürən 2 gözüqanlı gənc olay yerindən
uzaqlaşıblar.
Hadisə səbəbkarı gənclər daha sonra qalanın
içindəki bir dükana giriblər. Satıcı 2 gəncin bir-birlərinə
üzlərini göstərərək, "iz varmı? - deyə soruşmalarından şübhələnib.
Onlar dükandan çıxdıqdan sonra yapon turist gözyaşları içində
yaxınlıqdakı satıcıdan kömək istəyib. O da dərhal polisə məlumat
verib.
Hadisə yerinə gələn polis araşdırma nəticəsində,
hadisəni törədənləri müəyyən edib və 3 saat içində onları
yaxalayıb.