İlkər Başbuğ: "Türkiyə Silahlı Qüvvələri zülmə məruz qalır"
20 Aprel 2014 12:06 (UTC+04:00)
Türkiyə Silahlı Qüvvələri zülmə məruz qalır.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Türkiyənin sabiq
baş qərargah rəisi İlkər Başbuğ ölkənin məhkəm sistemini tənqid
edərkən bu cür sözlər işlədib. İzmir vilayətində keçirilən "Səssiz
Qışqırıq" aksiyasında çıxışı zamanı Başbuğ qeyd edib ki, bütün
qanunsuz məhkəmə hökmlərinin arxasında Amerika Birləşmiş Ştatları
dayanır.
"Bu insanlar əziyyət çəkirlər. Lütfən,
səlahiyyətli şəxslər məsələyə həssas yanaşsınlar, özlərini zülmə
uğrayan insanların yerinə qoysunlar. 357 nəfərdən ibarət müttəhim
var. Onlardan 316-sı əskərdir. Burada da ittihamlar elektron
məktublarla başlayır. Bu məktublar Amerikadan göndərilir. Hər hansı
bir vəkil bu ittihamları araşdırır və ortada heç bir qanunsuz aktın
olmadığını aşkarlayır".
"Türk Silahlı Qüvvələrinə edilən zülm dünyanın heç
bir yerində yoxdur. Heç bir ölkədə ordu ilə bu cür davranmırlar.
Əziz millətim ordu sənin ordundur. Yetər artıq, səsinizi
çıxarın!".
İlkər Başbuğ hakimlərin gizli şahidlərin sözlərinə
əsasən, insanların həbsə atılmasına qarşı çıxdığını bildirib və
hüquq müəssisələrinin bu məsələyə həssas yanaşmasını tələb
edib.