Dünyanın ən xoşbəxt ölkəsi məlum oldu

22 İyun 2012 15:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "The New Economics Foundation" (NEF) Yeni İqtisadiyyat Fondu  "Xoşbəxt Planet İndeksi"ni yayımlayıb. İndeksdə dünyadakı ən "xoşbəxt" ölkələr iştirak edir. Ancaq bu siyahının digər siyahılardan çox əhəmiyyətli bir fərqi var. Belə ki, NEF-in hazırladığı sıralamada ən çox diqqət verilən faktor ekoloji faktorlardır. Ölkələrdəki insanların orta hesabla yaşama müddəti və ölkədəki ekoloji tarazlıqlara kimi "təbii" faktorlara baxaraq edilən siyahıda ilk sırada Kosta Rika yer alıb. İnkişaf etməkdə olan ölkələrin ilk 10-nun yer aldığı siyahının ikinci sırasında isə Viyetnam iştirak edir. Sıralamanın davamı isə belədir:

3 - Kolumbiya

4 - Beliza

5 - Salvador

6 - Yamayka

7 - Panama

8 - Nikaraqua

9 - Venesuela

10 – Quatemala