Dubay metrosunda sərnişinlər üçün cənnət yaradılacaq (FOTO)
20 Aprel 2014 18:06 (UTC+04:00)
Müasirliyi və gözəlliyi ilə inkişaf etmiş ölkələri
geridə qoyan Dubay metrosunda kinoteatrlar və elektron kitabxanalar
peyda olacaq. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Dubay
metropoliteninin altı stansiyasında bədii sərgi və digər muzey
nümunələri ilə yenidən təchiz ediləcəyi bildirilmişdi. Gulf News
agentliyi bu yeniliklərə kinoteatrların və elektron kitabxanaların
əlavə edildiyini yazıb.
Hər stansiyaya müəyyən edilmiş tərzdə görünüş
veriləcək: musiqi, rəsm əsərləri, fotolar, müasir incəsənət və
islam kalliqrafik xətti ilə sərnişinlərin gözünü və qulaqlarını
oxşayacaq. Həmçinin stansiyaların birində elektron kitabxana
yaradılacaq. Metroda işıq, musiqi və 3D effektləri ilə artistlərin
tamaşaları, kinolar göstəriləcək.
Bundan savayı layihə çərçivəsində piyada
keçidlərinin və metropoliten qatarlarının bəzədilməsi nəzərdə
tutulub. Görüləcək işlərə 50 milyon dollar vəsait ayrılıb.
Metrodakı yenidənqurmanın 2015-ci il mart ayında keçirilməsi
nəzərdə tutulan "Art Dubai 2015" bədii sərgiyədən başa çatması
planlaşdırırlır.
Dubay metrosu iki qola ayrılmış 49 stansiyadan
ibarətdir. Qatarlar bütünlüklə avtomatlaşdırılıb və maşinist
olmadan idarə edilir. 2014-cü ilin birinci kvartalında Dubay
metrosundan istifadə edən sərnişinlərin sayı 40 milyonu
keçib.
