Narkotik vasitələrin "qara bazar"dakı qiymətləri (FOTO)
20 Aprel 2014 19:03 (UTC+04:00)
Hər il 99-mindən 253-minə yaxın insan bu bəlanın
qurbanı olur. Hal-hazırda 7 mlrd dünya əhalisindən 210 mln insan
narkotik istifadəçisidir (3%). Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, bu barədə məlumatlar, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının "Azərbaycan Respublikasında narkotiklərə nəzarət
sahəsində 2013-cü il üçün ölkə məruzəsi"ndə
səsləndirilib.
Məruzə qeyd olunub ki, dünyada qadağan qoyulmuş
narkotiklərin istifadəçiləri son beş il ərzində 2013-cü il daxil
olmaqla 3,4-6,6% təşkil edib. Yaş qrupları isə 15-64 yaş arasında
dəyişir. Bu sabitliyə baxmayaraq, son illərdə inyeksiyon
xəstəliklərin sayı bir qədər artıb. Məsələn: QİÇS xəstəliyinə
tutulanlar 20%, Hepatit C 46,7%, Hepatit B 14,6% təşkil edib.
2010-2011-ci illər ərzində Avropa ölkələrində narkotik vasitələrin
dövriyyəsində bir sıra dəyişikliklərin baş verməsi nəticəsində qara
bazarda heroinin çatışmazlığı müşahidə olunub.Buna səbəb isə
Əfqanıstanda əkin sahələrinin yararsız hala düşməsi olub. Lakin
2012-ci ildə bu sahələrin yenidən münbütləşməsi nəticəsində
heroinin və kokainin Avropa bazarına daşınması kütləvi hal alıb.
Əfqanıstanda bu cür əkin sahələrin ərazisi 131 min hektardır. Bu
isə 2011-ci il ilə nisbətən 7% çoxdur. Ümumiyyətlə, dünya bazarına
çıxarılan narkotik vasitələrin 95%-ni əfqan narkotiki təşkil
edir.
Məruzədə həmçinin müxtəlif növ narkotik
vasitələrin "qara bazar"da topdan və pərakəndə satış qiymətini
açıqlanıb. Belə ki, məruzədə verilən cədvəldə qeyd olunub ki,
2014-cü il yanvarın 1-ə qədər "qara bazar"da 1 kq tiryəkin topdan
satış qiyməti minimum 5 min dollar, maksimum 7 min dollar , 1 kq
həşişin topdan satış qiyməti minimum 3 min dollar, maksimum 4 min
dollar, 1 kq marixuananın topdan satış qiyməti minimum 6 min
dollar, maksimum 8 min dollar, 1 kq heroinin topdan satış qiyməti
isə minimum 15 min dollar, maksimum 20 min dollar təşkil
edib.
"Qara bazar"da 1 kq tiryəkin pərakəndə satış
qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar 1 kq həşişin
pərakəndə satış qiyməti minimum 8 min dollar, maksimum 10 min
dollar, 1 kq heroinin topdan satış qiyməti isə minimum 40 min
dollar, maksimum 60 min dollar, 1 kq marixuananın pərakəndə satış
qiyməti minimum 10 min dollar, maksimum 15 min dollar təşkil
edib.
Məruzədə həmçinin qeyd olunub ki, Rusiya
Federasiyasının əhalisinin 2.5 mln-nu narkotik vasitələrin
istifadəçiləri təşkil edir. Narkotik vasitələrin istifadəçilərin 20
%-məktəblilər, 60%-30 yaşına qədər gənclər, 20%-daha yaşlı nəsil
nümayəndələri təşkil edir. Rusiya Federasiyasının ərazisindən ötən
il ərzində hüquq mühafizə orqanları tərəfindən 38 tondan artıq
narkotik vasitə dövriyyədən çıxarılıb.
