Rza Zərrab məşhur futbol klubunun sponsuru olduğunu açıqladı
20 Aprel 2014 20:00 (UTC+04:00)
Türkiyədə 17 dekabr 2013-cü il korrupsiya
əməliyyatı zamanı həbs edilən və bir müddət öncə azadlığa buraxılan
iş adamı Rza Zərrab futbol dünyası ilə bağlı maraqlı açıqlamalar
verib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, iş adamı
Türkiyənin məşhur futbol klubu olan "Trabzonspor"un sponsuru
olduğunu açıqlayıb: "Mən bu il Trabzonspor klubunun rəsmi
sponsuruyam. Ona görə də bu klubun rəhbərləri ilə müəyyən
əlaqələrim var".
Qeyd edək ki, bir neçə ay bundan öncə Türkiyənin məşhur müğənnisi
Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrab 17 dekabr "böyük
rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana
çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər
cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs
edilib. Daha sonra iş adamı şərti azadlığa buraxılıb.