Qadınlar,gözəlliyimiz öz əlimizdədir-ARAŞDIRMA

22 İyun 2012 16:58 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Avropa qadınları arasında aparılmış sorğuya əsasən məlum olub ki, qadınların yalnız 2%-i özlərini gözəl sayır. Digərləri isə öz xarici  görünüşlərini "normal " qiymətləndirib. Psixoloq Nikki Ouenin araşdırmasına görə, qadının gözəlliyi onun özünə necə yanaşmasından asılıdır. Bir qadın ki, ancaq öz qüsurlarını görür, o qadında stress hormonları artır. Stress hormonları artdıqda isə  bu insanın üz cizgilərinə, gözlərin parlaqlığına mənfi təsir göstərir. Əgər biz- qadınlar öz xarici görünüşümüzdəki müsbətləri dəyərləndirsək, bu bizdə həzz hormonlarını artırar və emosiyalarımıza  çox yaxşı təsir edər. Belə olduqda, bu  xüsusiyyət bizlərdə vərdiş halını alacaq  və xoş emosiyalar qadınları gözəlləşdirəcək.