Valideynlərini itirmiş uşaqlar təhsil haqqından azad olundu

21 Aprel 2014 11:43 (UTC+04:00)
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil haqqından azad olunub. 
Movqe.az -ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilib. 
Dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.