Kanalizasiyaya görə qonşusunu öldürdü

21 Aprel 2014 12:22 (UTC+04:00)

Kürdəmir rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Cənub məhəlləsi küçəsində rayon sakini, 1978-ci il təvəllüdlü Emin Zeynalov qonşusu, 1956-cı il təvəllüdlü Rəhimov Möhkəm Sirac oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisənin qonşular arasında kanalizasiya xətti üstündə yaranmış mübahisə zəminində baş verdiyi bildirilir. E. Zeynalov saxlanılıb, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.