Beyonsun 39 000 000 dollarlıq hədiyyəsi-FOTO

22 İyun 2012 17:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, məşhur müğənni Beyons  "Atalar Günü" nə həyat yoldaşı Cey Zi üçün 39 milyon dollara təyyarə alıb.

"Bombardier Challenger 850 " şəxsi təyyarə 15 sərnişin daşımaq qabiliyyətinə malikdir. Təyyarənin salonu  krem rəngli dəridəndir. Bundan başqa təyyarədə mətbəxt, yataq otağı və iki vanna otağı var. Xatırladaq ki, bu Beyonsun 42 yaşlı həyat yoldaşına ilk qiymətli hədiyyəsi deyil. Belə ki, bir- neçə ay bundan əvvəl Beyons hamilə olarkən ərinin ona çox yaxşı qayğı göstərməsinə görə 470 000  dollarlıq mavi sapfir üzük almışdı.