Qətər futbol aləmini qarışdırdı: çempionat nə vaxt olacaq?

21 Aprel 2014 13:58 (UTC+04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Yozef Blatter 2022-ci ilin sonunu Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsi üçün ən yaxşı vaxt hesab edib. O, bu fikri "BeİN Sport" telekanalına müsahibəsində səsləndirib.


Movqe.az sayıtı Trend-ə istinadən xəbər verir ki, bu barədə İTAR-TASS bazar ertəsi xəbər yayıb. Qətər 2022-ci il dünya çempionatının keçirilməsi hüququ əldə edib, lakin iqlim şəraiti turnirin ənənəvi mövsümdə, yəni iyun və iyul aylarında keçirilməsinə mane olur. Dünya çempionatının vaxtının 2022-ci ilin qışına keçiriləcəyi ilə bağlı suala Blatter belə cavab verib: "Ən yaxşı vaxt ilin sonudur. Biz realist olaraq qalmalıyıq. Hesab edirəm ki, turnirin keçirilməsi vaxtını dəyişdirmək lazımdır, çünki yayda Qətərdə oynamaq olmaz. Biz turniri qışda, ilin sonunda keçirməliyik".


Bir müddət əvvəl FIFA-nın baş katibi Jerom Valke bəyan etmişdi ki, 2022-ci ildə dünya birinciliyi iyun-iyulda keçirilməyəcək, çünki ilin həmin dövründə Qətərdə havanın temperaturu 40 dərəcəyə yaxın olur, əgər turnirin vaxtı 2022-ci ilin qışına keçirilsə, onda o Olimpiya Oyunları ilə eyni vaxta təsadüf edəcək. O, FIFA rəhbərliyinin turnirin 2023-cü ilin qışında keçirilməsi mümkünlüyünə baxmalı olduğunu hesab edib.