Movqe.Az xəbər verir ki, TürkiyəninHititUniversitetinin rektoru Prof.Dr. Reha Metin Alkan Azərbaycana səfəri zamanı bir neçə ali təhsil müəssisələrini ziyarət edib. Ziyarətin əsas məqsədi qardaş Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrini genişləndirmək Azərbaycanda olan təhsillə əlaqəli yenilikləri qardaş ölkəyə aparmaq və ölkəsində olan təhsil yenilliklərini Azərbaycana gətirməkdir.Rektor Reha Metin Alkan elə həmin gün Qafqaz Universitetinində qonağı olub.
Qafqaz Universiteti ilə
Türkiyənin HititUniversiteti
arasında anlaşma memorandumunun imzalanmasıdır.
Memorandumun mahiyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək,
elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq
əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru
Ahmet Saniç və Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan imzalayıb. Görüşdə çıxış
edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Türkiyə
ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu
bildirib.Türkiyənin Hitit Universitetinin rektoru Prof.Dr. Reha Metin Alkan isə deyib ki, rəhbəri
olduğu ali təhsil müəssisəsi Türkiyənin tanınmış və populyar
universitetlərindən biridir. Bu təhsil ocağı hər il minlərlə məzun
buraxır ki, həmin məzunlar ölkədə və ölkə xaricində Türkiyə üçün
önəmli işlər görürlər. Savadlı kadrların yetişdirilməsində
Hitit Universitetinin önəmi çoxdur. Universitet dünyanın
müxtəlif ali təhsil müəssisələri ilə sıx əlaqələr saxlayır, bir
sıra beynəlxalq proqramlarda iştirak edir. Professor əlavə edib ki,
səfərindən çox razı qalıb və Azərbaycandan zəngin təəssüratla
ayrılır. Çıxışının sonunda rektor qeyd edib ki, Qafqaz Universiteti
ilə əlaqələri daha da genişləndirməyə çalışacaqdır.Görüşün sonunda
qonağa Qafqaz Universitetinin rektoru Ahmet Saniç tərəfindən
universitetin Günün anısına xatirə Plaketi təqdim
olunub.