Putindən Krım tatarları ilə bağlı şok sərəncam

21 Aprel 2014 19:18 (UTC+04:00)
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Krım tatarları və yarımadada yaşayan digər xalqların reabilitasiyası haqqında sərəncam imzalayıb. Sərəncama görə, repressiyalardan zərər çəkmiş krım-tatar xalqı geri köçürüləcək. 

ANS PRESS-in məlumatına görə, bunu Putin Dövlət Şurasının iclasında bəyan edib.

O qeyd edib ki, tatarlarla yanaşı Stalin repressiyalarından əziyyət çəkmiş yunanlar, almanlar və ermənilər də reabilitasiya olunacaqlar.

Qeyd edək ki, Krımın statusu ilə bağlı martın 16-da referendum keçirilib. Referendumun nəticəsinə görə, əhalinin böyük əksəriyyəti Muxtar Vilayətin Rusiyanın tərkibinə keçməsini dəstəkləyib.