Hayrünnisa Gül: "A Qapısı Mənə qadağandır"

22 İyun 2012 19:41 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyənin cümhuriyyət başçısı Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül, Çankaya Köşkündeki ilk günlərini anlatdı.

Türkiyə qəzetlərinin xəbərinə görə, Çankaya Köşkünə göndərilən məktubların yer aldığı kitab barədə müsahibə verən Hayrünnisa Gül, Çankaya Köşkündə ilk günlərdə çəkdiyi sıxıntıları açıqlayıb. Birinci xanım, Çankaya Köşkündə rəsmi mərasimlərdə özünün A qapısını istifadə etmədiyini belə anladıb:

C QAPISI, CƏZALI QAPIDIR

"Köşkü bir neçə qapısı var. Rəsmi mərasimlər, rəsmi qarşılamaları A qapıdan edirlər. Əgər prezident yoldaşıyla birlikdə qonaq gəlibsə bizim prezidentimiz onu yoldaşı ilə birlikdə qarşılayar. Bu bizə qədər də həmişə belə olub. Lakin mənim, qonaqları A qapısından yoldaşımın yanında qarşılamağıma ilk gündən maneə törədildi. Qonağımı adətən qarşılamğım lazım olan qapının arxasındakı C qapısında qarşılayır, mərasimin sonunda fotoşəkil çəkilişi üçün A qapıya keçirdik".

Hayrünnisa Gül, belə davam edib: "C Qapısına 'cəzalı qapı' deyirdim. C qapısının adı məndə cəzalı qapı olaraq qalmışdı. O qədər ağır bir vəziyyət idi ki, bu təkcə mənə yox, bütün qadınlara qarşı təhqir idi, ölkəm adına kədərlənirdim. Kaş ki, tarixə belə geçmeseydi".

Hayrünnisa Gül Çankaya Köşkündeki o dövrləri, "Bunlar keçdi, çox şükür, o günlər geridə qaldı, amma etiraf edim ki, onları yaşamaq heç də asan deyildi" - sözləri ilə ifadə edib.

ATASI ADINI "MİNE" QOYUB

Hayrünnisa Gül, müsahibə əsnasında kimsənin bilmədiyi ikinci adını və hekayəsini də danışıb. İlk adının əslində Mine olduğunu, daha sonra babasının istəyi ilə Hayrünnisa adının qoyulduğunu deyən birinci xanım, sözlərinə belə davam edib: "Mənim adım Mineydi. Atam qoymuşdu, amma babam Hayrünnisa olmasını istəyib. Düşünürəm ki, bunu xüsusilə istəyib, çünki bu günləri hiss edəcək ruhda bir insan idi..."

"CÜMHURİYYƏT RƏİSİ OLACAQSAN"

Hayrünnisa Gül, prezident Gülün Çankaya Köşkünə çıxmazdan əvvəl yaşadığı maraqlı bir hadisəni ilk dəfə açıqlayıb: "Bir gün səhər namaz üçün Eyüp Sultana getmişdik. Namaz qıldıq. Tam günəş doğarkən, biz sürətlə çıxırdıq. Bir adam gəldi yanımıza, Abdullah bəyin cibinə bir qələm qoydu, "Sən cümhuriyyətin rəyisi olacaqsan" dedi və getdi. Çox təccübləndim. Sonra Eyüp Sultana hər getdiyimizdə o adamı axtardım, lakin bir daha görmədim".