Gülmək yaddaşı gücləndirir

22 Aprel 2014 14:37 (UTC+04:00)
Gülən insanların daha sağlam olduğu, gülməyin stress hormonlarını azaldıb immunitet sistemini qüvvətləndirdiyi bilinir. Movqe.Az xəbər verir ki, Loma Linda Universitetindən elm adamlarının araşdırması, yaşlıların onları güldürən hadisələri və ya mövzuları daha yaxşı xatırlaya biləcəyini göstərib.

 Elm adamları, bəzi iştirakçılara 20 dəqiqəlik komediya filmi izlədib, bəzilərindən isə film seyr edərkən sakit oturmaları istənilib.


 Daha sonra hər iki qrupa yaddaş testi edilib.

Komediya filmi izləyənlərin qısa müddətli yaddaş testində daha müvəffəqiyyətli, stress səviyyəsinin  daha aşağı olduğu görülüb. Elm adamları, gülməyin, yaddaşa mənfi təsir edən stress səviyyəsini azaltdığını və xoşbəxtlik hormonu səviyyəsini yüksəltdiyini, beləcə yaddaşın müsbət istiqamətdə təsirləndiyini vurğulayıb.