Əbülfəs Qarayev alternativ Kinematoqrafçılar İttifaqının təsis olunmasına münasibət bildirib

23 İyun 2012 09:00 (UTC+04:00)
"Yeni təsis olunan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ədliyyə Nazirliyinə dövlət qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçəndən sonra bizə müraciət etsələr, onlara köməklik edəcəyik". Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. "Azərbaycanda Kinematoqrafçılar İttifaqı olduğu halda, eyni adlı alternativ qurumun yaradılmasına ehtiyac vardımı?" sualına cavab olaraq Ə. Qarayev bunları deyib: "Düşünürəm ki, əgər bu qədər çoxsaylı tanınmış və ciddi kino xadimi bir yerə toplaşıbsa, belə təşəbbüs irəli sürülübsə, deməli, buna ehtiyac vardı".