Bakının bir hissəsində su kəsiləcək

22 Aprel 2014 14:32 (UTC+04:00)

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaqdır.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.