Ərini şagirdiylə aldatdı

22 Aprel 2014 16:46 (UTC+04:00)

ABŞ-da 30 yaşındakı qadın müəllim 17 yaşındakı oğlan şagirdi ilə cinsi münasibətdə olduğu üçün həbs edilib. Cəzası hələ müəyyən olunmayan müəllim məktəbdən kənarlaşdırılıb.


Movqe.Az xəbər verir ki, işlədiyi liseydəki hələ yeniyetmə yaşdakı şagirdiylə əlaqə yaşayan gənc qadın ən çox da ərini təəccübləndirib. 


Məktəbdə bir ildən az bir müddət çalışan gənc qadın indi həbsxanadadır. Məhkəməsi davam edən qadının cəzası hələlik müəyyən deyil, amma işini də ailəsini də itirmiş vəziyyətdədir. 


Saralin Qayle Portvudu tanıyan hər kəs cinsi təcavüz iddiasının şokunu yaşayır. Çünki 30 yaşındakı qadının olduqca xoşbəxt,  hətta ətrafındakıları heyran edəcək evliliyi var. Üstəlik qatı xristian olduğunu söyləyən qadın bir oğul anasıdır.