Dövlət Komitəsindən dini kitablarla bağlı təklif

23 İyun 2012 14:06 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qurani Kərim" və digər müqəddəs dini kitabların ölkəyə gətirilməsinin sadələşdirilməsi təklifi ilə çıxış etmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə komitə sədri Elşad İskəndərov bildirib.

O deyib ki, hazırda müqəddəs dini kitabların ölkəyə gətirilməsində problemlər var: "Hesab edirəm ki, bu prosesin sadələşdirilməsi daha yaxşı olardı və biz bununla bağlı təkliflərlə çıxış edəcəyik".

E. İskəndərov onu da qeyd edib ki, hazırda ölkədə dini kitabların satışını həyata keçirən mağazalara xüsusi icazənin verilməsi prosesi gedir: "İndiyədək Bakıda 25 belə mağazaya icazə verilib. Bu işlər başa çatdıqdan sonra müxtəlif yerlərdə, o cümlədən metro keçidlərində və digər obyektlərdə dini kitabların satışına nəzarət məqsədilə monitorinqlər keçiriləcək".