Milli Məclisin növbəti iclası mayın 2-də keçiriləcək

22 Aprel 2014 21:11 (UTC+04:00)

Movqe.az bildirir ki, parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ - İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında", Yaşıllıqların mühafizəsi haqqında", "Dövlət reyestri haqqında" qanunlara dəyişikliklər və bir sıra digər məsələlər daxildir.