"Arsenal"ın hücumçusuna kim elçi düşdü?

22 Aprel 2014 19:28 (UTC+04:00)


"Arsenal" klubunun hücumçusu Lukaş Podolski mövsümün sonunda komandasını tərk edə bilər.


Movqe.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, polşa əsilli almaniyalı futbolçu ilə "İnter" klubu yaxından maraqlanır. Milan təmsilçisinin direktoru Pyero Ausilio futbolçunun meneceri ilə danışıqlar aparır. Futbolçunun "Arsenal"da qalacağı da istisna olunmur. Belə ki, hücum xəttində ciddi sıxıntı yaşayan "topçular"ın baş məşqçisi Arsen Venger yeni mövsümdə də Podolskini komandada saxlamağı düşünür.


Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildə "Köln" klubundan "Arsenal"a transfer olunub.