Homoseksuallar üçün Quran kursu

23 Aprel 2014 12:30 (UTC+04:00)

İndoneziyada İslami təhsil verən və transların getdikləri internat Quran kursu bir ay bağlı qaldıqdan sonra yenidən fəaliyyətinə başlayıb.

Movqe.Az xəbər verir ki, Java adasında Yogyakarta şəhərindəki məktəb , 2008-ci ildə fəaliyyətə keçdiyi vaxt ölkə üçün bir ilk meydana gətirmişdi.

"Pesantren Waria" adlı məktəb 2008-ci ildə qurulmuş , qurucusunun ölümündən sonra elə keçən ay bağlanmışdı.

İndoneziya mediası , məktəbin lezbiyan , gay , bisekuüel , trans və interseks ( LGBT ) hüquqları müdafiəçilərindən Şinta Ratriyə aid bir evə köçdüyünü bildirib. 


"Jakarta Post" qəzetindəki xəbərə görə , məktəbdəki 35 tələbə Quran təhsili almaqla yanaşı iş və pul qazanmaq şansına sahib olacaq.


Açılış mərasimində , dini tolerantlıq sahəsində fəaliyyət göstərən İndoneziya İnananların Qardaşlığı Forumunun lideri Əbdül Muhaimin , ''Quran , insanlar arasında iqtisadi, sosial vəziyyətləri, siyasi, dini fikirləri və cinsiyyətləri mövzusunda ayrı-seçkilik etməyimizi qadağan edib '' deyib.


Jakarta Globe qəzeti , İndoneziyada LGBT fərdlər mövzusunda güclü müxalifət olduğuna diqqət çəkir.

.