Namiq Həsənov: " Nazirliyə gedib-gəlmirəm"

23 Aprel 2014 12:37 (UTC+04:00)

"Mən də hamı kimi  ildə bir dəfə növbəti əmək məzuniyətinə çıxmışam. Amma deyəsən bu ilki məzuniyyətim əməlli başlı sessasiyaya səbəb oldu. Demək olar ki, adı məzuniyyət oldu. Yəni nazirliyə gedib-gəlmirəm. Amma gündə 50 adam zəng eləyir sizin kimi. Narahat olmayıb işdən çıxsam birinci zəng edib sizlərə deyəcəyəm. Hələki işimdəyəm".

Bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Movqe.az-a açıqlamasında mətbuatda tez-tez işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən söyləyib. N. Həsənov səhhəti ilə bağlı hazırda ciddi narahatlıq olmadığını, özünü yaxşı hiss etdiyini də dilə gətirib: "Düzdür, sağlamlığımda bir az narahatlıq vardı. Şəkərim var, üəyimdə narahatlıq yaranmışdı, başıma qan yaxşı işləmirdi. Amma şükr indi yaxşıyam. May ayının 13-də məzuniyyət müddətim başa çatır. Mayın 14-dən işə çıxacağam. Məndən ötrü narahat olanlara demək istəyirəm ki, narahat olmasınlar. Mayın 14-dən zəng edə bilərlər".