Donuz qripi 4 can aldı

23 Aprel 2014 16:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Taylandın şimal bölgələrində görülən donuz qripi hadisələri nəticəsində 4 nəfərin öldüyü bildirilib. 


Taylandın şimal bölgələrində 1 yanvar 2014 tarixindən etibarən cəmi 35 nəfərdə donuz qripi hadisəsi görülüb.


Sağlamlıq işçisi Dr. Smit Prasannakarn, bu virusa tutulan insanlarda ilk beş gündə yüksək atəş, baş ağrısı, əzələ ağrısı, boğaz ağrısı, qusma və ishal əlamətləri görüldüyünü bildirərək, indiyə qədər 4 nəfərin öldüyünü açıqlayıb.