Kürdəmirdə musiqi məktəbində biabırçı vəziyyət
23 Aprel 2014 16:29 (UTC+04:00)
Movqe.az-a Kürdəmir rayon musiqi məktəbinin qəzalı
vəziyyətdə olmas barədə məlumat daxil olub. Kürdəmir rayonundan
göndərilən məktubda bildirilir ki, məktəb 1966-cı ildə Qara
Qarayevin şəxsi tə.əbbüsü ilə yaradılıb: "2016-cı ildə 50 ili tamam
olacaq. Amma məktəb bərbad vəziyyətdədir. Buna baxmayaraq dərslər
davam edir. Məktəbin ciddi təmirə ehtiyacı var".