Azərbaycanda maşın yandı

23 İyun 2012 20:52 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ağsu rayonunda yol qəzası baş verib.

Movqe. Az FHN-in saytına istinadən xəbər verir ki, İsmayıllı-Muğanlı yolunun 40-cı km-də vətəndaşa məxsus "Porsche" markalı minik avtomobilli qəzaya uğrayaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobilin yanar hissələri yanıb. Lakin yanğın, yanğın bölmələri çatana kimi sönüb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az