Azərbaycanda əfv sərəncamının icrası başa çatıb
23 İyun 2012 21:42 (UTC+04:00)
Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Əfv
sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş
hissəsindən azad edilən məhkumların hamısı artıq azadlığa
buraxılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin iyunun 22-də imzaladığı
sərəncam ümumilikdə 66 nəfərə şamil olunub. Onlardan 58-i
azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2-si islah
işləri cəzasının çəkilməmiş hissəsindən, 6-sı isə cərimə cəzasından
azad edilib.
Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad
edilənlər arasında İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9
nəfər də var.
Bunlar Arif Hacılı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov,
Tural Abbaslı, Sahib Kərimov, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı və
Məhəmməd Məcidlidir.