Ərdoğan qondarma erməni soyqırımından danışdı

23 Aprel 2014 21:35 (UTC+04:00)

Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı bəyanat yayımlayıb

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı bəyanat yayımlayıb. Movqe.az-ın məlumatına görə, bu barədə informasiya Türkiyə baş nazirinin saytında yayımlanıb. 


Nazir qeyd edib ki, erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün xüsusi bir məna daşıyan 24 aprel, tarixi bir məsələ ilə bağlı düşüncələrini azad bir şəkildə paylaşılması üçün qiymətli bir fürsət təqdim edir: "Osmanlı İmperatorluğunun son illəri türk, kürd, ərəb, erməni və digər milyonlarla osmanlı vətəndaşı üçün ağrılarla dolu çətin bir dövr olduğu danılmazdır. Atalarımızın dediyi kimi "atəş düşdüyü yeri yandırar. Osmanlı İmperatorluğu vətəndaşı hər kəs kimi ermənilərin də o dövrdə yaşadıqları ağrıların xatirələrini xatırlamalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir".


Bəyanatda qeyd edilir ki, "Bu günün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni münaqişələr yaratmaq qəbuledilməzdir. Bu həm də ortaq gələcəyimizin inşaası baxımından yararlı deyil. Zamanın ruhu, anlaşılmazlığa rəğmən danışa bilməyi, qarşındakını dinləyərək anlamağa çalışmağı, uzlaşma yollarını qiymətləndirməyi, hörmət və xoşniyyəti ucaltmağı gərəkdirir. Bu anlayışla biz Türkiyə Cumhuriyyəti olaraq 1915-ci il hadisələrinin elmi şəkildə araşdırılması üçün ortaq tarixi komissiya qurulmasına çağırış etmişik. Bu çağırış hələ də keçərlidir. Türk, erməni və beynəlxalq tarixçilərin işi 1915-ci il hadisələrinin aydınlaşdırılması və tarixin doğru anlaşılmasında önəmli bir rol oynayacaq".


Baş nazir 1915-ci il hadisələri zamanı ölən ermənilərə görə başsağlığı verib. "20-ci əsrin başındakı şəraitlə bağlı olaraq ölən ermənilərin nəvələrinə başsağlığımızı çatdırırıq. Eyni dönəmdə bənzər şəraitlərdə həyatını itirən etik və dini kökündən asılı olmayaraq Osmanlı vətəndaşlarını da hörmət və rəhmətlə anırıq.