Misirin yeni prezidenti məlum oldu

25 İyun 2012 10:59 (UTC+04:00)
Movqe.Az RİA "Novosti"ya istinadən xəbər verir ki, seçkilərdə "Müsəlman qardaşları"nın namizədi Məhəmməd Mursi qalib gəlib.

Mursiyə seçicilərin 51,7 faizi (13,23 milyon səs) səs verib. Onun rəqibi, sabiq baş nazir Əhməd Şəfiq isə seçicilərin 48,3 faizinin (12,35 milyon ) rəğbətini qazanıb.

 Qeyd edək ki, seçkinin nəticələrinin iyunun 21-də elan edilməsi planlaşdırsada, edilən şikayətlərin araşdırılması uzadıldığından, bu, təxirə salındı.

Türkan Nadirqızı

Movqe.Az