Magistraturaya qəbul imtahanının II mərhələsi başladı

25 İyun 2012 11:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən gün maqistraturaya qəbul imtahanının II mərhələsi başlayıb. Bakalavrlardan 8529-u qəbul proqramını seçib. 

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir. Bu imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər.

İmtahanda iştirak edənlərin 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur. Qeyd edək ki, 5110 nəfər ali təhsil müəssisələrinin bu ilki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Ötən gün imtahan saat 13.00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Türkan Nadirqızı

Movqe.Az