Emin: “Müştərilərə bütün qutab növləri təqdim olunur”
25 Aprel 2014 18:45 (UTC+04:00)
Müğənni-bəstəkar Emin "Time to Eat" qəzetinin
ilk buraxılışında restoran biznesindən danışıb.
Axşam.az-ın məlumatına
görə, ifaçı Moskvada fəaliyyət göstərən restoranında Azərbaycan
milli mətbəxinə üstünlük verdiyini bildirib. O, "sizin restorandakı
menyu Azərbaycanın milli mətbəxindən nə ilə fərqlənir" sualına belə
cavab verib:
"Restoranımda Azərbaycan qutabı hazırlayırlar.
Burada qutabın bir neçə növü – balqabaqlı, pendirli, göyərtili,
ətli qutab var. Tək fərq odur ki, Azərbaycanda bu qutabları çox
böyük edirlər. Burada müştəri gəlib bir qutab yesə doyacaq, başqa
heç nə istəməyəcək. Mən də qərara gəldim ki, onların ölçüsünü
balacalaşdırım. Müştərilərə bütün qutab növləri təqdim olunur.
Beləcə onlar hamısının dadına baxırlar".