Azərbaycanlı reperlər arasında növbəti qalmaqal

25 İyun 2012 11:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, reperlər arasında növbəti qalmaqal yaşanıb. 

Yerli telekanallardan birində reperlər Elşad Xose ilə Hüseyn Dərya arasında qalmaq baş verib. Xatırladaq ki, reperlər əvvəllərdə bir-birlərini sevmirdilər. Bu dəfə isə açıq şəkildə bunu etiraf ediblər.

Efir zamanı əsəbləşən Elşad Xose deyib ki, daha Hüseyn Dəryaya onun hesabına şöhrətlənməyə imkan verməyəcək: "Deyəsən, o, qabaqkı illərdəki kimi, məni tənqid eləməklə gündəmdə qalmaq istəyir. Amma mən ona belə imkan verməyəcəm. Daha belə bir şey təkrarlanmayacaq. O adam barışar ki, küsdüyünə görə peşman olsun, həmçinin, gələcəkdə o küsdüyü ilə münasibət saxlasın".

Hüseyn Dərya isəElşad Xoseyə bu cür cavab verib: "Mənim Xosenin adına ehtiyacım yoxdur, çünki öz adım artıq "brend"dir: Elşadda məndə olmayan nə var ki? O hətta məndən populyar da deyil. Adamlardan soruşsanız, hamı bilər ki, bizdən hansımız daha populyarıq. Yaxşı olar ki, mən özümdən üstün olanları tənqid edərək onların hesabına özümü reklam edim. Onun yeri isə ancaq diskotekalardır, belə adamı ailəyə buraxmaq olmaz. Biz bir –birimizi ömrümün axırınadək mən o insanı qəbul etməyəcəyik".

Türkan Nadirqızı

Movqe.Az