Azərbaycanlı müğənni deputatla evlənir?

25 İyun 2012 13:56 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın tanınmış biznes-ledisi Ruhi evlənir.

Bəzi kütləvi infotmasiya vasitələrində Azərbaycanın populyar müğənnisi Ruhinin deputatla ailə həyatı qurması barədə xəbərlər yayılıb.

Bunu eşidən müğənni, qəzəblənərək məsələyə aydınlıq gətirdi: "Mənim hansısa deputata ərə getməyimlə bağlı saytlardan birində verilən xəbər həqiqəti əks etdirmir. Mən heç kimə ərə getməyə hazırlaşmıram. Mən son vaxtlar ümumiyyətlə Almaniyada olmamışam. Bir də ki, bu gün-sabah övladlarının dünyaya gələcəyini gözləyən bir qadın necə ola bilər ki, ər haqqında düşünsün?

Mən nəinki, hansısa deputat, ümumiyyətlə heç bir kişi haqqında düşünmürəm. Allahım məni bir qadın kimi ən böyük arzuma çatdırıb və mənim kişim qarnımdakı oğlanlarımdır", - Ruhi bildirib

Türkan Nadirqızı

Movqe.Az