Aprelin 27-nə olan astroloji proqnoz
27 Aprel 2014 10:00 (UTC+04:00)
Qoç - hadisələr planlaşdırdığınız təki inkişaf etmir. Buna görə də
planları sürətlə dəyişməli olacaqsınız. Yaranan çətinliyin
öhdəsindən gələcəksiniz. Amma niyə məhz belə davrandığınızını yaxın
ətrafınızdakı insanlara söyləmək üçün vaxt tapın. Əks təqdirdə
münaqişə yarana bilər. İşdə rəhbərlik adi günlərdən fərqli olaraq
işinizə, yerinə yetirməli olduğunuz tapşırıqlara daha diqqətlə
yanaşır. Tələbkarlıq artır. Özünüzü narahat hiss edə bilərsiniz.
Ciddi səhvlərə yol verərək yanlışlıqların sayını artırmamaq üçün
soyuqqanlı olun. Maliyyə durumu əlverişli deyil. Xərclər artır,
gəlirlər isə yerində sayır. Romantik münasibətlərdə müsbət
təmayüllərin təsiri artır. Fikir ayrılıqlarına son qoymaq olar.
Gələcəklə bağlı birgə planlarınızı sevdiyiniz insanla müzakirə
edin.
Buğa - məhsuldar və uğurlu çalışmaq üçün müəyyən fəaliyyət
azadlığına ehtiyacınız var. Mürəkkəb situasiyalarda başqalarından
yardım gözləməyərək təkbaşına çalışın. Yaxın ətrafınızdakı
insanların dediklərinin əvəzinə olaylar barədə öz təsəvvürlərinizə
inanın. Günün ikinci yarısında intuisiya daha güclü olacaq. İşgüzar
görüşləri də məhz bu vaxta planlaşdırın. Maliyyə və əmlak
məsələlərinin müzakirəsini axşam saatlarına qədər təxirə salın.
Belədə ortaq məxrəcə gəlmək daha asan olacaq. Köhnə dostlarla
ünsiyyət üçün münasib gündür. Yeni tanışlarla təmaslarda ehtiyatlı
və təmkinli olun.
Əkizlər - mürəkkəb, qarışıq, laübəli gündür. Hadisələr çoxdur.
Onların mahiyyətini müəyyənləşdirmək asan deyil. Mühüm qərarlar
qəbul etməyin. Ehtiyac yaranarsa, fikrinə və ya mövqeyinə etibar
etdiyiniz insanlarla məsləhətləşin. Anlaşmalar və sövdələşmələri
təhlil etmək, maliyyə məsələlərini çözmək üçün əlverişli zaman
deyil. Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə
həssas olun. Onun səhv və yanlışlıqlarını bağışlayın,
zəifliklərinizi anlamla qarşılayın.
Ətrafınızdakı insanlarla ünsiyyətdə sürəkli iradlar, tənqidlər,
iddialara yol verməyin. Münaqişə yaratmayın.
Xərçəng - məhsuldar çalışın. Qarşınıza qoyduğunuz məqsədlərə
çatmağa səy göstərin. Əvvəllər irəliləyişə mane olan sədləri aradan
qaldıra biləcəksiniz. Rəqiblər yolunuzdan çəkilirlər, çünki əks
təqdirdə ciddi problemlərlə qarşılaşacaqlarını bilirlər. İşdə
rəhbərlik və həmkarlarla asanlıqla dil tapacaqsınız. Günün ikinci
yarısında müsbət təmayüllərin təsiri güclənir. Yaxınlarınız üçün
faydalı olmağa çalışın. Alış-veriş etmək olar. Ailənin bütün
üzvlərinin karına gələ biləcək əşyalar alın.
Şir - təxribatlara uymayın. Bugünkü uğurlarınız çətin situasiyada
soyuqqanlı və təmkinli davranmaq məharətindən əhəmiyyətli dərəcədə
asılıdır. Sizinlə manipulyasiya etmək istəyənlərə sərt cavab verin.
Etibarınızdan sui-istifadə etmək istəyənlər var. Günün ikinci
yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş, investisiyalar
etmək olar. İşgüzar təmaslar sərfəli və mənfəətli olacaq. Axşam
saatlarını təklikdə və ya yaxınlarınızla keçirin. Dəvət aldığınız
tədbirə qatılanlar çoxdursa, ora getməyin. İmiclə eksperimentlər
etmək, nəyisə köklü şəkildə dəyişmək məsləhət deyil. Nəticə sizi
təəssüfləndirə bilər.
Qız - maraqlandığınız insanın diqqətini cəlb etmək üçün əlverişli
zamandır. Nüfuzlu insandan dəstək almağa çalışın. Yeni tanışlıqlar
istisna deyil. Səyləriniz nəticəsiz qalmayacaq. Yarımçıq qoyduğunuz
işi başa vurun. Ciddi məsələni unutmayın, təklifi qulaqardına
vurmayın. Günün ikinci yarısında əsas işi ikinci dərəcəli məsələdən
ayırın. Sənədləşdirmə ilə məşğul olmaq olar. Köç və ya yeni işə
başlamaqla bağlı sənədləri qaydaya salın. Yaşam potensialının
səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Tərəzi - yaxşı, münasib gündür. Köhnə işləri başa vurmaq, yeni
işlərə başlamaq olar. Düşünülmüş addımlar atın, tələskənlik
etməyin. Bilik, bacarıq, təcrübənin artırılması üçün əlverişli
zamandır. Yeni informasiya asanlıqla əxz olunur. Həmin məlumat bir
qədər sonra karınıza gələ bilər. İşgüzar danışıqlar məhsuldar
keçəcək. Mühüm məsələləri telefonla yox, şəxsi görüşdə müzakirə
edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş, ciddi
yeniliklər ola bilər. Bunun üçün davranışınızda korrektələr
olmalıdır. Yaşlı qohumların diqqətinizə ehtiyacı var. Onlar sizinlə
ünsiyyətə sevinəcəklər.
Əqrəb - bu gün sizi məqsədə aparacaq yolda qarşılaşa biləcəyiniz
sədləri dəf edə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksək
orlduğundan adi günlərlə müqayisədə daha çox işlər görə bilərsiniz.
Ağır fiziki işlərdən çəkinməyin. Enerjinizi gərəkli istiqamətə
yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Günün ikinci
yarısında aqressiv davranışa meylli olmayın. Dəyər verdiyiniz
insanlardan sirr saxlamayın. Ədalətli, amma sərt iradlarınız
inciklik yarada bilər.
Oxatan - bir qədər əvvəl başlanmış mürəkkəb və önəmli işləri başa
vurmaq üçün əlverişli zamandır. Son günlərdəki fəaliyyətinizdə yol
verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırın. Yeni işgüzar
münasibətlərə başlamaq, uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma və
ya müqavilə imzalamaq məsləhət deyil. Günün ikinci yarısında
situasiya köklü şəkildə dəyişə bilər. Fəaliyyət şərtlərində
yeniliklər olacaq. Yeni münasibətlərə başlamağa tələsməyin.
Bəyəndiyiniz insan göründüyü kimi deyil. Maliyyə fonu uğurludur.
Nəzərdə tutduğunuz alış-verişə çıxa bilərsiniz.
Oğlaq - çətin, işlərin çox olacağı gündür. Qarşınıza qoyduğunuz
məqsədlərə çatmaq və indiyədək böyük zəhmət bahasına əldə etdiyiniz
nailiyyətləri itirməmək üçün ciddi səylərə ehtiyac var. İş yerində
mühit xoş deyil. Həmkarlarla dil tapmaq asan deyil. İşgüzar
tərəfdaşlarla təmaslarda problemlər yarana bilər. Günün ikinci
yarısında yaxınlarınızla təmaslarda həssas, qayğıkeş olun. Əməl və
qərarlarınızı yaxınlarınıza anladanda diqqətli olun. Axşam
saatlarını yeni aşkarladığınız şans və ya imkanların
dəyərləndirilməsinə sərf edin.
Dolça - diqqətlə izlədiyiniz insanla ünsiyyətlər üçün əlverişli
zamandır. İdeyalarınız əladır. Onların bəzilərinin reallaşması
yaşamınızda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Alış-veriş
etmək olar. Günün ikinci yarısında darıxdırıcı, yeknəsək, rutin iş
sizi yora bilər. Fikrinizi cəmləşdirin, diqqətli olun. Cari işləri
həll etməli olduğunuz halda xəyallar aləminə qapılmayın. İşgüzar
görüşə tək yollanmayın. Mühüm detalı nəzərdən qaçırmamaq üçün sayıq
olun, sərvaxt davranın.
Balıqlar - çətin, xoşagəlməz, qarışıq gündür. Sizə çox pis
münasibət bəsləyən, düşmən mövqe tutmuş insanın hərəkətləri və
müdaxilələri planların dəyişdirilməsinə səbəb ola bilər.
Başqalarının səhvlərinin fəsadlarının aradan qaldırılması çox vaxt
alacaq. Yaxın ətrafınızdakı insanlara yardım edin. Lakin onlar sizə
minnətdarlıq etmək əvəzinə narazılıqlarını bildirirlər. Bu isə
təbii ki, əhvalınızı yaxşılaşdırmır. Günün ikinci yarısında
yarımçıq işləri tamamlayın. Çətin, çözülməmiş problemə yanaşma
tərzini və ya fəaliyyət modelini dəyişin. İşgüzar və şəxsi
münasibətlərdəki situasiyanı saf-çürük edin. Ləyaqətsiz insanlara
inanmayın.