Azərbaycanda benzin daşıyan maşın aşdı - Foto

27 Aprel 2014 19:05 (UTC+04:00)

Yardımlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Məlumata görə, bu gün saat 14.00 radələrində Yardımlı şəhərinin girişində yanacaq daşıyan 42 BJ 516 dövlət nömrə nişanlı ağır tonajlı avtomobillə yolun qarşı tərəfi ilə hərəkət edən "Mercedes" markalı minik maşını toqquşub.Movqe.az axar.az-a istinadən xəbər verir ki , hadisə zamanı yanacaq daşıyan maşın aşıb və benzin yol kənarına axıb.

 

Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları yolu bağlayaraq, əlavə insidentin qarşısını almağa çalışırlar. Hazırda Yardımlı şəhərinə avtomobillərin giriş-çıxışına məhdudiyyət qoyulub. 

 

Qeyd edək ki, qəza ilə bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional İdarəsinin əməkdaşları, o cümlədən Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub.