"Türkiyə istəsə əməliyyat tədbirlərinə qatılarıq"

25 İyun 2012 15:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Salehi, Davutoğluyla dünən gecə reallaşdırdığı telefon danışığında hər iki ölkədən mövzuya səbirli və soyuqqanlı yanaşmanı istəyib və məsələnin sülh yolu ilə həll edilməsi üçün çalışacağını deyib.

İran Xarici İşlər Nazirliyindən verilən açılamada "Salehi, bölgədə sabitlik və sülhün qorunmasını üçün problemin dialoq və müzakirə çərçivəsində həll edilməsinə ümid bəsləyir" sözləri yer alıb.

İlk rekasiya ABŞ və BMT-dən gəlib

Xəbərin yayılmasının dərhal ardından ilk reaksiyalar ABŞ və BMT-dən gəlmişdi. Amerikan Xarici İşlər Nazirliyi sözçüsü türk reaktiv təyyarəsinin Suriya tərəfindən salınması mövzusunda bəyanat verib: "Mövzu hələ NATO-nun gündəminə gətirilməyib. Bu məsələ ilə bağlı bütün hadisələri izləyirik, Türkiyənin açıqlama verməsi daha doğrudur. Türkiyə istəsə əməliyyat tədbirlərinə qatılarıq."

BMT rəhbəri Ban-Gi-Mun türk döyüş təyyarəsinin Suriya tərəfindən salınmasını "Bu ciddi hadisəni hər iki tərəfin də soyuqqanlı bir şəkildə müzakirə etməsinə və diplomatik kanallarla həll etməsinə ümid edirəm" kimi açıqlama verib.