DİN “Mizan Tərəzi” qəzetinin baş redaktorunun yanğında ölməsi barədə məlumat yayıb

28 Aprel 2014 13:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyi baş redaktorun ölümü ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Movqe-az-a verilən məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib.

 

Nəticədə 70 kv/m sahədə yanar konstruksiyalar və əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı evdə müvəqqəti yaşayan "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.